• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyədə gözlənilən görüş yekunlaşdı

  • Dünya
  • 11 Avqust 2015 00:45
  • 515 Baxış
Türkiyədə gözlənilən görüş yekunlaşdı

Bir neçə gündür anonsu verilən və AKP-CHP koalisiyasının razılaşdırılacağı ehtimal edilən Davudoğlu-Kılıcdaroğlu görüşü başa çatıb.

Axar.az xəbər verir ki, iki lider arasında davam edən görüş 4 saat 20 dəqiqə davam edib. Görüşdən dərhal sonra müzakirə edilən məsələlərlə bağlı açıqlama gözlənilsə də, AKP və CHP-dən daha sonra məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, bu görüşdə Türkiyədə koalisiya hökuməti qurulması üçün razılaşma olacağı gözlənilirdi. Hazırda Türkiyənin terrorla mücadilə etdiyi bir məqamda hökumətin qurulması ciddi şərtlərdəndir. MHP başqanı da bu koalisiyaya isti baxır və bir neçə dəfə hər iki liderə çağırış etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR