Türkiyəni partlatmaq istəyən 4 PKK-çı öldürüldü
Bizi izləyin

Dünya

Türkiyəni partlatmaq istəyən 4 PKK-çı öldürüldü

Türkiyənin Bingöl və Muş vilayətlərində silahlı hücumlara hazırlaşan 2 ayrı PKK-çı qrupdan 4 nəfər öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı qarşıdurmalardan biri Bingöl vilayətinin inzibati mərkəzinin 25 kilometrliyində yerləşən Elmayı kəndində baş verib.

Bir qrup PKK silahlısı kəndə sızmağa çalışarkən müvəqqəti kənd mühafizəçiləri tərəfindən aşkarlanıb. PKK silahlıları ilə mühafizəçilər arasında baş verən qarşıdurmada 2 terrorçu öldürülüb, 1-i yaralı olmaqla 2 terrorçu ələ keçirilib. Kəndin ətrafında digər terrorçuların olub-olmadığını öyrənmək üçün genişmiqyaslı əməliyyat başlayıb.

Muş vilayətinin Varto mahalında isə patrul xidməti yerinə yetirən polislər əllərində silahlar olan 2 PKK-çını aşkarlayıblar. Polisin “təslim ol” çağırışına atəşlə cavab veriləndən sonra atışma başlayıb. Atışmada hər iki terrorçu öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm