PKK-dan absurd ŞƏRT: ...yerinə yetirilməsə...
Bizi izləyin

Dünya

PKK-dan absurd ŞƏRT: ...yerinə yetirilməsə...

Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) atəşkəs çağırışına PKK terror təşkilatının əsas düşərgəsinin yerləşdiyi Kandildən cavab gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK atəşkəs üçün şərtlərini açıqlayıb.

PKK İmralı adasındakı lideri Abdullah Öcalanın azad şərtlər altında siyasi müzakirələrə qoşulmasını və bu müzakirələrin nəticələrinin parlamentdə qanuni çərçivələrə salınması şərtlərini irəli sürüb. Terror təşkilatı həmçinin 2013-cü il Novruz bayramından bu yana həbs olunan bütün “siyasi məhbuslar”ın sərbəst buraxılmasını tələb edir.

Açıqlamada bu şərtlər yerinə yetirilmədən atəşkəs çağırışlarını qəbul etməyəcəkləri bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm