PKK İŞİD üslubunda: Türkiyənin hər nöqtəsində kamikadzelər partlayacaq
Bizi izləyin

Dünya

PKK İŞİD üslubunda: Türkiyənin hər nöqtəsində kamikadzelər partlayacaq

PKK terror təşkilatı polis məntəqələrinə bomba yüklü avtomobillərlə hücumlara hazırlaşır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ankarada təşkil edilən təhlükəsizlik toplantısında bildirilib.

Toplantıda ölkənin bütün vilayətlərinin təhlükəsizlik strukturları PKK-nın qarşıdakı planları barədə məlumatlandırılıb. Bildirilib ki, PKK Türkiyənin Yaxın Şərqdə təhlükəli və vətəndaş müharibəsi yaşayan bir ölkə imicini yaratmaq üçün hücumlarını şəhərlərə daşıyacaq, terror aktları üçün xüsusilə gündüz saatlarını seçəcək.

Son 2 ayda təslim olan 15 PKK üzvünün ifadələrinə görə, terror təşkilatı böyük şəhərlərdə çamadan, qazan, gəlin boxçası və beşik kimi daha az diqqət çəkən əşyaların içinə yerləşdirdiyi A-4, C-4 və TNT tipli partlayıcılarla hücumlar həyata keçirməyi planlaşdırır.

Bundan başqa, PKK-nın tibbi yardım və restoran xidmətçisi təhsili alan üzvlərini ölkənin qərb vilayətlərinə göndərəcəyi deyilir.

Terror üzrə mütəxəssislər isə hesab edir ki, PKK üslubu ilə tədricən “Əl-Qaidə” və İŞİD kimi terror təşkilatlarının üslubuna yaxınlaşır. Onlar bomba yüklü avtomobillərdən istifadəni PKK-nın hücum taktikasında yeni hesab edirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm