ABD-kürd əməkdaşlığı: İŞİD qırmızı, YPG sarı - FOTO
Bizi izləyin

Dünya

ABD-kürd əməkdaşlığı: İŞİD qırmızı, YPG sarı - FOTO

ABŞ-ın “New York Times” qəzeti PYD-nin (PKK terror təşkilatının Suriyadakı qolu) silahlı qanadı YPG ilə ABŞ arasındakı əməkdaşlığa dair yazı dərc edib.

Publika.az xəbər verir ki, Suriyanin şimali-qərbindəki Haseke bölgəsindən xəbər verən nəşr YPG üzvlərinin planşetdə “Google Earth” axtarış sistemindən istifadə edərək İŞİD-in mövqelərini işarələdiyini və ABŞ-a göndərdiyini yazıb.

İnsanların tərk etdiyi və xarabaya çevrilən binalarda yaşayan YPG-lilərinin olduğu yerləri sarı, İŞİD-in mövqelərini isə qırmızı nöqtələrlə işarələyən 36 yaşındakı Talal Rama koordinatları yüzlərlə kilometr uzaqlıqdakı ABŞ hərbi qərargahına göndərir. YPG üzvlərindən aldığı GPS koordinatlarını ABŞ hərbi qərargahına çatdıran Raman Amerika təyyarələrinin hərəkətə keçməsini gözləyir.

Ardından YPG-lilərin işarə verdiyi İŞİD mövqeləri vurulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm