Vətəndaş müharibəsi, nəzarətdən çıxan ölkə, təhlükəli strategiya... - Türkiyə üçün ŞOK PROQNOZLAR
Bizi izləyin

Dünya

Vətəndaş müharibəsi, nəzarətdən çıxan ölkə, təhlükəli strategiya... - Türkiyə üçün ŞOK PROQNOZLAR

İngiltərənin “Times” qəzetində dərc olunan bir yazıda Türkiyə ilə bağlı şok proqnozlar irəli sürülür.

Publika.az xəbər verir ki, səkkiz nəfərin həyatını itirdiyi Sultanbəyli və Silopidəki hücumlara toxunan qəzet Türkiyənin genişmiqyaslı bir müharibə ilə qarşı-qarşıya olduğunu yazıb.

Yazıda Kral Birləşmiş Xidmətlər İnstitutunun əməkdaşı Mixael Stefensinin fikirləri yer alıb. “Vətəndaş müharibəsi demək istəmirəm, amma vəziyyət nəzarətdən çıxır. Türkiyə üçün narahatlıq doğuran bir durumdu. Ölkənin bunun öhdəsindən necə gələcəyi müəyyən deyil”, - o deyib.

İngilis nəşri son üç həftədə baş verən hadisələrin ölkəni qütbləşdirdiyini qeyd edib.

Xəbərdə 7 iyun parlament seçkilərində AKP-yə səs verən kürdlərin partiyaya etibarını itirdiyi yazan “Times” hesab edir ki, PKK-ya qarşı əməliyyatlar isə milliyyətçilərin AKP-yə dəstəyini artıra bilər.

Təhlükəsizlik və İnkişaf Siyasətləri İnstitutunun Türkiyə üzrə mütəxəssisi Garet Jenkinsin fikrincə, prezident Rəcəb Tayyib Ərdoğanın iki məqsədi var: “HDP-ni terror təşkilatları ilə əlaqələndirərək etibardan salmaq və yeni seçkilərdə milliyyətçilərin səslərini geri qaytarmaq. Bu, olduqca təhlükəli strategiyadır. AKP səslərin əksəriyyətini yenidən əldə edə bilər. Amma bu, türk cəmiyyətinə zərər verir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm