Erməni ordusundan biabırçılıq - VİDEO
Bizi izləyin

Dünya

Erməni ordusundan biabırçılıq - VİDEO

Rusiyada keçirilən tank biatlonuna hazırlıq çərçivəsində kuryoz olaylar yaşanıb.

Baku.ws-in məlumatına görə, hadisədən biri Küveyt,, digəri isə Ermənistan Silahlı Qüvvələrini təmsil edən komandanın çıxışı zamanı baş verib. Hadisə Moskva ətrafında yerləşən Alabino paliqonunda yaşanıb. Avqustun 1-dən 15-dək keçiriləcək tank biatlonuna hazırlaşan Ermənistan komandasına məxsus tank su maneəsini dəf edərkən sürəti düzgün hesablamır. Nəticədə sürətlə hərəkət edən tankın mühərriki dağılır və tank finiş xəttinə çata bilməyərək yarıyolda qalır.

Küveyti təmsil edən tank isə ümumiyyətslə sürətlə hərəkət edərkən çevrilir. Rusiyanı təmsil edən tank isə su maneəsini uğurla dəf edərək finiş xəttini keçir.

Qeyd edək ki, Rusiyada keçirilən tank biatlonunda ümumilikdə 43 komanda iştirak edir. Yarışda Çin, Belarus, Qazaxıstan, Ermənistan, Hindistan, Küveyt, Qırğızıstan, Monqolustan, Venesuela, Serbiya, Anqola, Tacikistan və Nikaraqua kimi ölkələrin komandaları mübarizə aparır. Göründüyü kimi müdafiə naziri Seyran Ohanyanın müşaviri general-leytenant Muraz Sarkisyanın rəhbəri olduğu Ermənistan komandası yarışda qeyri-peşəkarlıq göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm