Rekord istilər avtomobilləri əritdi
Bizi izləyin

Dünya

Rekord istilər avtomobilləri əritdi

İtalyanın Veneto bölgəsində yerləşən sahil qəsəbəsi Kaorledə havanın yüksək temperaturu yalnız insanlara mənfi təsir göstərmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ingilis turist Con Uestbrok tərəfindən çəkilən görüntülər yüksək temperaturun avtomobillərə də zərər verdiyinu göstərir.

Görüntülərə görə, bir neçə gündür günəşin altında park vəziyyətində olan avtomobilin bəzi hissələri əriyib. Çimərliyin kənarında olan avtomobilin sahibinin isə hələ kim olduğu bilinmir.

Ölkənin şimalında da qeydə alınan rekord temperaturun bənzər hadisələrin baş verməsinə səbəb olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm