Son damcını oğullarına verib öldülər - FOTO
Bizi izləyin

Dünya

Son damcını oğullarına verib öldülər - FOTO

ABŞ-ın Nyu-Meksiko ştatında avtomobilləri səhrada xarab olan cütlük 38 dərəcə istilikdə ölüblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, fransalı cütlük ABŞ-ın qərbində yerləşən “White Sands” (“Ağ qumlar”) milli parkında son sularını yanlarındakı uşaqlarına verir.

Axtarış-xilasetmə qrupu Devid və Ornella Steyner cütlüyünü tapsalar da, artıq gec olub. Susuzluqdan hər ikisi həlak olub. Oğulları Enzo isə xəstəxanaya aparılıb.

“Uşaq atasının cəsədinin yanında idi və nəfəs alırdı. Dərhal ona su verdik. Özünə gələndə isə bildirdi ki, ana və atası qalan bütün suyu ona içiriblər. Burada yüksək temperaturda az su ilə gəzmək çox təhlükəlidir”, - polis şefi deyib.

Eyni bölgədə 2009-cu ildə bir amerikalı, 2011-ci ildə də yaponiyalı turist qadın susuzluqdan həyatlarını itirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm