Ukraynada düşən təyyarə ilə bağlı yeni dəlil: izlər Moskvaya aparır
Bizi izləyin

Dünya

Ukraynada düşən təyyarə ilə bağlı yeni dəlil: izlər Moskvaya aparır

Ukraynada ötən il qəzaya uğrayan “Malayziya Hava Yolları”na aid təyyarəsi ilə əlaqədar yeni dəlil tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin toplanan dağıntıları arasında Rusiya istehsalı “BUK” raket sisteminə aid ola biləcək parçaların olduğu açıqlanıb.

Qəza ilə əlaqədar istintaqı aparan hollandiyalı prokurorlar tapılan parçaların hələ tamamlanmayan istintaq üçün əhəmiyyətli olduğunu deyiblər. Onların sözlərinə görə, bu materiallar təyyarənin kimlər tərəfindən vurulduğunun tapılmasına yardım edə bilər.

Xatırladaq ki, sərnişin təyyarəsi iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçarkən Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvü olub. Onlardan heç biri sağ qalmayıb. Qəzada həyatını itirənlərin 196-ı Hollandiya vətəndaşı idi.

Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub. Təyyarədə vətəndaşlarını itirən ölkələrin qəzanı araşdırmaq üzrə beynəlxalq məhkəmə qurulması üçün etdiyi tələbə isə ötən ay Rusiya tərəfindən BMT Təhlükəsizlik Şurasında veto qoyulmuşdu.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm