ABŞ və Türkiyə razılaşdı: kürdlər ora girsə, vurulacaq
Bizi izləyin

Dünya

ABŞ və Türkiyə razılaşdı: kürdlər ora girsə, vurulacaq

Türkiyə və ABŞ Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması mövzusunda razılaşıblar.

Publika.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu deyib.

Sinirlioğlunun sözlərinə görə, razılaşdırılan bölgəyə girəcəyi halda İŞİD və PYD (PKK terror təşkilatının Suriya qolu) gücləri həm Türkiyə, həm də ABŞ tərəfindən vurulacaq. O, Türkiyə Silahlı Qüvvələri quru qoşunlarının təhlükəsizlik bölgəsində yerləşdirilib-yerləşdirilməyəcəyi barədə məlumat verməyib.

Sinirlioğlu rejim gücləri ilə döyüşən Azad Suriya Ordusu və ona bağlı qüvvələrin bölgədə olacağını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm