Pentaqon təhlükədə: İŞİD yüzlərlə hərbçinin ünvanını ələ keçirdi
Bizi izləyin

Dünya

Pentaqon təhlükədə: İŞİD yüzlərlə hərbçinin ünvanını ələ keçirdi

İŞİD-ə yaxın olan haker qrupu yüzlərlə ABŞ hərbçisinin şəxsi hesabını ələ keçirib.

Publika.az “NBC News” telekanalına istinadən xəbər verir ki, hazırda ABŞ Hərbi Hava Qüvvələrinin, NASA-nın, Nyu-Cersi ştatından olan onlarla dövlət qulluqçusunun elektron ünvanları, ev telefonları və ünvanları terrorçuların əlinə keçib.

Terrorçular ünvanları bilinən hərbçilərin evlərinə hücum ediləcəyi haqqında bəyanat yayıblar.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi bu məlumatın nə dərəcədə dəqiq olmasının aydınlaşdırıldığını bildirib: “Istənilən halda biz öz əməkdaşlarımızın şəxsi təhlükəsizliyini qoruyacağıq”, - Pentaqondan bildirilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm