Krımlıların lideri Moskvada görüşlər keçirir
Bizi izləyin

Dünya

Krımlıların lideri Moskvada görüşlər keçirir

Krımlıların lideri Moskvada görüşlər keçirir

Ukrayna parlamentinin üzvü, Krım tatarlarının lideri Mustafa Cəmil (Krımoğlu) Moskvada bir sıra görüşlər keçirib.

Teleqraf.com-un məlumatına görə, o, Tatarıstan Respublikasının ilk prezidenti Mintemir Şaymiyev, Ukraynanın Rusiyadakı səfiri Vladimir Elçenko ilə görüşüb. Səfir Ukrayna ilə Rusiya arasında münasibətlərin yeni müstəvidə qurulmasının vacibliyini qeyd edib.

Tatarların lideri Moskvada həmçinin Türkiyənin Rusiyadakı səfiri Aydın Adnan Sezgin ilə də görüşüb. Səfir bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və münasibətlərin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm