• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tanklar Kəbənin qarşısında dayanacaq – ŞOK PROQNOZ

  • Dünya
  • 12 Avqust 2015 13:27
  • 2 434 Baxış
Tanklar Kəbənin qarşısında dayanacaq – ŞOK PROQNOZ

İranın xarici işlər naziri Cavad Zərifin Türkiyəyə planlaşdırdığı səfərini təxirə salması iki ölkə arasındakı soyuq münasibətləri növbəti dəfə gündəmə gətirdi.

Publika.az xəbər verir ki, səfərin təxirə salınmasının səbəbi proqramın razılaşdırılmaması ilə bağlı olduğu deyilsə də, “Yeni Şafak” qəzetinin yazarı İhrahim Karagül əslində çox ciddi səbəblərinin olduğunu yazıb.

Onun sözlərinə görə, Suriya mövzusunda iki ölkə arasındakı fikir ayrılıqlarının təhlükəli şəkildə dərinləşməsi, İran mediasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsini hədəf alan yazıların çoxalması, İranın PKK-ya isti mesajlar verməsi, nüvə razılaşmasından sonra Tehranın Aralıq dənizdən Qırmızı dənizə qədər olan bölgənin tək hakimi kimi bir havaya girməsi münasibətlərin soyumasının səbəbi ola bilər. İbrahim Karagül “Tanklar Kəbənin qarşısında dayanacaq” başlıqlı yazısında qeyd edib ki, İranın Səudiyyə Ərəbistanı mühasirəyə almaq üçün Yəməndə həyata keçirmək istədiyi dövlət çevrilişinin bir hədəfi də Qırmızı dənizdə güclənməkdir.

Yazar əlavə edir ki, PKK hazırda hücumları simal-şərqi Anadolu bölgəsində həyata keçirir və Qara dənizə doğru bir dəhliz yaradacaq şəkildə genişləndirir. O, 2005-ci ildə də eyni hədəf üçün hücumların həyata keçirdiyini və PKK-nın Qara dənizə dəhliz açmağa çalışdığını xatırladıb: “PKK və HDP ilə Tehran arasında diqqət çəkən yaxınlaşma ilə sözügedən dəhliz məsələsi arasında əlaqə ola bilər. Bu böhranın böyüklüyü şəxsən məni qorxudur. Əgər gözlərimizdəki bu korluq davam etsə, bir neçə il sonra Məkkə döyüşü ilə qarşı-qarşıya gələcəyik, tankları Allahın evinin qarşısında görəcəyik. Türkiyəni narahat edən Şimali Suriya dəhlizi ilə Qara dəniz dəhlizi arasında əlaqənin olduğunu düşünürəm. Kürd təşkilatları İran üçün “Troya atı” ola bilər. Suriya üzərində geopolitik hesablaşma və İran ilə Qərb arasında əldə olunan nüvə razılaşmasının regiona təsiri mövzusunda Türkiyədə ciddi bir analiz oxuya bilmirik. Bir məsələyə diqqət çəkmək istəyirəm, Bəsrə körfəzi, Aralıq və Qırmızı dənizləri arasında yerləşən bölgədə çox böyük bir böhran yaranır. İndi buraya Qara dəniz də əlavə edilir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR