“Sülh” missiyası tamamlandı: Donbasda Abxaziya və Cənubi Osetiya ssenarisi
Bizi izləyin

Dünya

“Sülh” missiyası tamamlandı: Donbasda Abxaziya və Cənubi Osetiya ssenarisi

Rusiya Ukraynanın şərqində yaradılan “xalq respublikaları”nın rəhbərləri ilə separatçıların nəzarətindəki ərazilərdə Rusiya pasportlarının kütləvi şəkildə paylanılması ssenarisini müzakirə edirlər.

Publika.az xəbər verir ki, bu barədə “Qazata.ru” saytına məlumatlı mənbələr bildirib.

Rusiya rəhbərliyi bununla bağlı qərarı hələ verməsə də, vəziyyət gələcəkdə dəyişə bilər. Saytın yazdığına görə, pasportların kütləvi paylanılması Donbas hövzəsini Ukraynadan qoparılmasına gətirib çıxaracaq radikal ssenari ola bilər. Bildirilir ki, bu addım həmçinin münaqişənin həllində Rusiyanın rolunu dəyişdirəcək.

“Rusiya pasportlarını nə vaxt paylayacaqlar? Bu necə olacaq? Bu məsələ hamını həyəcanlandırır və mənə daim sual verirlər”, - “Donbas hövzəsinə humanitar yardım” təşkilatının rəhbəri Yelena Qoy deyib.

Onun sözlərinə görə, “xalq respublikaları”nın əhalisi pasportların paylanılması ilə bağlı xəbəri sevinclə qarsılayıblar.

Rusiya pasportlarının kütləvi paylanılması haqqında “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumdakı mənbələr hələ ötən ay danışmağa başlayıblar. Onların sözlərinə görə, Moskvada Abxaziya, Cənubi Osetiya və Dnestryanı təcrübəsindən yararlanmaq niyyətindədir.

Rusiyalı politoloq Sergey Mixeyev hesab edir ki, bu düzgün qərar olardı. O, qiymətləndirməsinə görə, ən azı 1 milyon insan Rusiya pasportunun almaq hüququndan istifadə edə bilər: “Axı faktiki olaraq, Ukrayna öz vətəndaşlarını atıb. Kiyev “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” barəsində “yandırılmış torpaq” taktikasını tətbiq edir. Uşaqlara doğum haqqında şəhadətnamələr verilmir, insanlar banklardan pulu çəkə, maddi yardımlar ala bilmirlər. Donbas hövzəsində Rusiyadan bu cür addımı çoxdan gözləyirlər”.

Rəsmi Kiyev isə sözügedən informasiya ilə bağlı hələlik şərh verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm