“Türkiyə vətəndaş müharibəsinə doğru gedir”
Bizi izləyin

Dünya

“Türkiyə vətəndaş müharibəsinə doğru gedir”

İngiltərənin “Daily Telegraph” qəzeti Türkiyədə baş verən terror aktları ilə əlaqədar bu günə qədər səsləndirilən ən qorxunc ssenarini qələmə alıb.

Publika.az xəbər verir ki, nəşr Türkiyənin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatların yalnız İŞİD-ə xeyir verəcəyini və ölkəni vətəndaş müharibəsinə aparacağını yazıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prioritetinin Suriya lideri Bəşər Əsədin devrilməsi olduğunu qeyd edən ingilis nəşri hesab edir ki, Türkiyə İŞİD-i Əsədi məğlubiyyətə uğradacaq əsas güc hesab etdiyi üçün ABŞ-ın İŞİD-ə qarşı yaratdığı koalisiyanı dəstəkləməyi lazım bilmirdi.

“Ötən ay Suruçda 32 nəfərin öldüyü terror aktından sonra Ərdoğan fikrini dəyişdirdi. Hücumdan sonra türk qırıcıları İŞİD-in Suriyadakı hədəflərini bombaladı. Ankara nəhayət İncirlik və digər bazaların Amerika qırıcıları üçün açılmasına icazə verdi”, - “Daily Telegraph” qəzeti qeyd edib.

Türkiyənin 1984-2013-cü illərdə PKK ilə döyüşündə 40 minə qədər vətəndaşını itirdiyini xatırladan qəzet hesab edir ki, hazırda baş verənlər Türkiyənin yeni bir vətəndaş müharibəsinə sürükləndiyini göstərir. “Daily Telegraph” bunun isə koalisiyanın İŞİD-lə mübarizəsinə mənfi təsir edəcəyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm