Saakaşvilidən yeni qalmaqal: deputatları oğru və cinayətkar adlandırdı
Bizi izləyin

Dünya

Saakaşvilidən yeni qalmaqal: deputatları oğru və cinayətkar adlandırdı

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin qubernatoru olduğu Ukraynanın Odessa vilayətində yeni qalmaqal yaranıb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, Saakaşvili Odessa vilayət şurasının Rəyasət Heyətinin iclasında vilayət şurasının deputatlarını “oğrular və cinayətkarlar” adlandırıb.

Hadisə vilayət şurasına aid obyektlərin özəlləşdirməsi ilə bağlı məsələlərin müzakirəsi zamanı baş verib.

“Pyotr Poroşenkonun Bloku”nu təmsil edən vilayət şurasının başçısı Mixail Şmuşkoviç bildirib ki, vilayət şurasına aid olan obyektlərin özəlləşdirməsi haqqında ideya vilayətin dövlət administrasiyası tərəfindən səsləndirilib. Özəlləşdirmə haqqında sənədin iki variantı deputatlara təqdim edilib. Onlardan biri vilayət şurası, digəri isə vilayətin dövlət administrasiyası tərəfindən hazırlanıb. Şmuşkoviç yaranmış fikir ayrılıqlarını aradan qaldıracağına söz verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm