Meksika narkobaronlarının döyüş texnikaları - ŞOK FOTOLAR
Bizi izləyin

Dünya

Meksika narkobaronlarının döyüş texnikaları - ŞOK FOTOLAR

2006-cı ildə Meksika prezidenti Filip Kalderon narkomafiyaya müharibə elan etdi. Dünyanın ən güclü cinayətkar qruplaşması ilə müharibə indiyədək davam edir. Əməliyyatlarda dövlət tərəfdən 250 min hərbçi və 35 min polis iştirak edir.

Narkobaronların sıralarında isə 100 mindən çox döyüşçü var. 9 il ərzində bu müharibədə 106 min insan həlak olub.

Onlardan 4.020 nəfər polis, 375 isə hərbçidir. Cinayətkarlardan 121 min nəfər həbs edilib, 12.456 nəfər öldürülüb.

Hökumət qüvvələri ilə vuruşan cinayətkarlar yaxşı silahlanıb. Onların hətta “monstr” adlandırdıqları zirehli maşınları və tankları da var.

Publika.az narkomafiyanın hökumət qüvvələri tərəfindən ələ keçirilmiş zirehli maşınlarının fotolarını təqdim edir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm