Almanlar təşvişdə: Rusiya Berlinə atılacaq aviabombaları sınaqdan keçirdi – FOTOFAKT
Bizi izləyin

Dünya

Almanlar təşvişdə: Rusiya Berlinə atılacaq aviabombaları sınaqdan keçirdi – FOTOFAKT

Rusiya ordusunun Kalininqrad vilayətində bu yaxınlarda həyata keçirdiyi təlimlərdə istifadə etdiyi aviabombaların üzərində yazılanlar almanları qorxudub.

Publika.az xəbər verir ki, Almaniyanın “Bild” qəzeti raketlərin üzərində “Berlinə” və “Stalin üçün” sözlərinin yazıldığını bildirib.

Alman nəşri hesab edir ki, bu, olduqca təhlükəli tendensiyadır: “Bu bombaların bəzilərinin üzərində yazılanları həm xoşagəlməz zarafat, həm də Rusiyanın 2015-ci il reallığına acı baxış kimi anlamaq olar. Təyyarələrə yüklənən aviabombaların üzərində yalnız “Berlinə” sözü yoxdur, həm də “Stalin üçün” sözünü görmək mümkündür. Hər iki ifadə Qızıl Ordunun faşist Almaniyasına qarşı yürüşü zamanı geniş yayılmışdı”.

Nəşr yazır ki, aviabombaların üzərində yazılan sözlər Kremlin təcavüzkar siyasəti haqqında düşünməyə məcbur edir.

Qeyd edək ki, təlimlərlə bağlı şəkilləri ilk olaraq Rusiyanın FLOT.com portalı dərc edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm