Lavrov səudiyyəli həmkarına “səfeh” dedi - VİDEO
Bizi izləyin

Dünya

Lavrov səudiyyəli həmkarına “səfeh” dedi - VİDEO

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr arasındakı görüşdən sonra təşkil olunan mətbuat konfransında qalmaqal baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, rusiyalı nazir həmkarı çıxış edərkən onu “səfeh” adlandırıb.

Mətbuat konfransının videosu “YouTube” saytında yerləşdirilib. Lavrov mikrofonu söndürüldüyü üçün onun danışığını heç kəsin eşitməyəcəyini zənn edib.

Qeyd edək ki, nazirlərin görüşündə əsas müzakirə mövzusu Suriyadakı böhran olub. Krallığın xarici işlər naziri Əsədin lider olduğu bir Suriyanı düşünmədiklərini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm