İŞİD Xorvatiya vətəndaşının başını kəsdi – FOTO (18+)
Bizi izləyin

Dünya

İŞİD Xorvatiya vətəndaşının başını kəsdi – FOTO (18+)

İŞİD terror qruplaşmasının üzvləri girov saxladığı Xorvatiya vətəndaşını başını kəsərək öldürüblər.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə terrorçuların fəallığını monitorinq edən SITE qrupunun ekspertləri bildiriblər.

Ekspertlərin sözlərinə görə, İŞİD üzvləri başı kəsilmiş girovun şəklini sosial şəbəkələrdə yayıblar.

Qeyd edək ki, İŞİD avqustun 5-də internetdə videoçarx yerləşdirib. Videoçarxda iyunun 22-də Misirdə oğurlanan Xorvatiya vətəndaşı 30 yaşlı Tomislav Salopekin edam olunacağı bildirilmişdi. Girovun azad olunması üçün isə Misir hakimiyyətindən həbsxanadakı “müsəlman qadınlar”ın azad edilməsi tələb olunurdu.

İyun ayında Xorvatiya Xarici İşlər Nazirliyindən bildirilib ki, Salopek soyadlı ölkə vətəndaşlarından biri Qahirədə oğurlanıb. O, Misir paytaxtındakı “CGG Ardiseis” adlı fransız neft-qaz şirkətində işləyirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm