Sabiq klub prezidenti otelin vanna otağında ölü tapıldı - FOTO
Bizi izləyin

Dünya

Sabiq klub prezidenti otelin vanna otağında ölü tapıldı - FOTO

“Sportinq”in keçmiş prezidenti Xorxe Qonsalveşin cəsədi tapılıb. Onun meyiti Anqolanın paytaxtı Luandadan 115 km məsafədə qaldığı hotelin vanna otağında aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, keçmiş klub prezidentinin son zamanlar maddi problemləri varmış. Bundan əlavə 66 yaşlı biznesmen psixi xəstəxanada müalicə də alıb.

Faktla bağlı araşdırmaların aparıldığı deyilir.

Xatırladaq ki, Xorxe Qonsalveş “Sportinq”ə 1988-1989-cu illərdə rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm