• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

  • Dünya
  • 13 Avqust 2015 00:36
  • 283 Baxış
ABŞ-a məxsus hərbi helikopter qəzaya uğrayıb

ABŞ silahlı qüvvələrinə məxsus helikopter Okinava adası yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində yeddi nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, Yaponiya Sahil Mühafizə Xidmətinin yaydığı məlumata görə, Okinava prefekturasında yerləşən ABŞ hərbi qüvvələrinin təmsilçiləri helikopterdə 17 nəfər olduğunu qeyd ediblər. Onların hamısı xilas olunub.

Yerli polis isə bildirib ki, helikopter sahildən 17 kilometr məsafədə qəzaya uğrayıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Yaponiya kütləvi informasiya vasitələri hərbi gəminin göyərtəsində quyruq hissədəki vintləri sınmış vəziyyətdə olan helikopterin görüntülərini yayıblar. Yaponiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, UH-60 nəqliyyat helikopteri hərbi gəminin göyərtəsinə enərkən qəzaya uğrayıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR