Hindistan bu şirkətdən 99 milyon dollar istəyir
Bizi izləyin

Dünya

Hindistan bu şirkətdən 99 milyon dollar istəyir

Hindistan hökuməti İsveçrə şirkəti olan “Nestle”ni məhkəməyə verib.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, buna səbəb ölkəyə idxal olunan “Maggi” əriştəsinə orqanizm üçün təhlükəli qurğuşun hissəciklərinin qatılmasıdır.

Məhkəmə buna görə şirkətdən 6,4 milyard rupi – təxminən 99 milyon dollar təzminat tələb edir.

ABŞ, Böyük Britaniya və Kanadadan olan nümayəndə heyətləri yoxlama aparsalar da, “Nestle” məhsullarında zərərli maddə tapılmayıb.

Qeyd edək ki, təhlükəli qida Hindistanın 5 ştatında şirkətin makaron məhsullarında aşkar edilib. Ekspertlər hesab edirlər ki, “Nestle” Hindistanda tez bişən makaron bazarının 60%-ni əhatə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm