Ərdoğan: “Buna görə baş nazir intihar etməyəcək”
Bizi izləyin

Dünya

Ərdoğan: “Buna görə baş nazir intihar etməyəcək”

“Koalisiya hökumətinin qurulmasını istəyirəm, ancaq fikirlər üst-üstə düşməzsə, buna görə baş nazir intihar etməyəcək”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan “prezident koalisiyanın qurulmasını maneə olur” iddialarını şərh edərkən deyib.

“Koalisiya hökumətinin qurulması mənim xahişimdir. Hazırda baş nazir hökumətin qurulması üçün görüşlərini davam etdirir. Amma fərqli yanaşmalar da ortaya çıxır. Hökumətin qurulması üçün baş nazirə verilən müddət 45 gündür. Bu müddətdə hökumət qurulmayacağı halda, ya mövcud hökumət azlıq hökuməti olaraq işini davam etdirəcək, ya da erkən seçkilər keçiriləcək. Koalisiya müzakirələrinin müsbət nəticələnməsini diləyirəm”, - Ərdoğan söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm