Kremldə İŞİD həyəcanı: Putin Təhlükəsizlik Şurasını topladı
Bizi izləyin

Dünya

Kremldə İŞİD həyəcanı: Putin Təhlükəsizlik Şurasını topladı

Rusiya Təhlükəsizlik Şurası prezident Vladimir Putinin iştirakı ilə İŞİD terror qruplaşmasına qarşı mübarizə məsələlərini müzakirə edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Toplantıda baş nazir Dmitri Medvedev, Dövlət Dumasının spikeri Sergey Narışkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, onun müavini Rəşid Nurqaliyev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının daimi üzvü Boris Qrızlov iştirak edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm