İş adamı İŞİD-ə görə saxlanıldı - FOTOLAR
Bizi izləyin

Dünya

İş adamı İŞİD-ə görə saxlanıldı - FOTOLAR

İspaniyada İŞİD terror qruplaşması ilə bağlı təsvirlərdən faydalanaraq marka yaratmaq istəyən iş adamı polis tərəfindən saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan iş adamı terrora dəstək vermək və təbliğatını aparmaqda ittiham olunur.

İş adamı istehsal etdiyi müxtəlif geyimlər, əl çantası və hədiyyəlik əşyalarda İŞİD-in həyata keçirdiyi edam səhnələri və terror qruplaşması ilə bağlı müxtəlif yazıları təsvir edib. Məhsullarını internet vasitəsilə İspaniya və Portuqaliyada satışa çıxaran şəxs planını sonadək həyata keçirə bilməyib.

İspaniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, işadamının evində axtarış aparılıb və üzərində İŞİD-lə bağlı təsvirlərin olduğu xeyli məhsul müsadiə edilib. Qarşıdakı günlərdə hakim qarşısına çıxacaq biznesmenin həbs cəzası alacağı gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm