Kiyev müharibədən qaçmağın yeganə yolunu elan etdi
Bizi izləyin

Dünya

Kiyev müharibədən qaçmağın yeganə yolunu elan etdi

“Donbas hövzəsində şəffaf seçkilərin keçirilməsi müharibədən qaçmağın yeganə mümkün yoludur”.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə belaruslu həmkarı Vladimir Makeyemlə görüşdə Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı həmçinin ATƏT-in monitorinq missiyasının müşahidəçilərinə işləmək üçün daha çox imkan verməyə çağırıb. “İrəliləyiş üçün nəzarətin real funksiyaları ATƏT-ə verilməlidir. Onların avtomobillərinin yandırılması çıxış yolu deyil”, - Klimkin vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm