Səfirliyin qarşısında özünü yandırdı - FOTO
Bizi izləyin

Dünya

Səfirliyin qarşısında özünü yandırdı - FOTO

Yaponiyanın Cənubi Koreyanın paytaxtı Seuldakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, aksiya iştirakçıları Yaponiyanın İkinci Dünya Müharibəsi zamanı koreyalı qadınları fahişəliyə məcbur etməsinə etirazını bildiriblər.

Yaponiyanın buna görə üzr istəməsini tələb edən aksiya iştirakçılarından biri özünü yandırıb. Aksiyada iştirak edən insanlar əllərindəki plakatların köməyi ilə səksən yaşlı cənubi koreyalını yanmaqdan qoruya biliblər. Boynu, üzü və bədənin digər hissələri yanan şəxs xəstəxanaya aparılıb.

Qeyd edək ki, avqustun 15-də Koreya yarımadasının Yaponiyanın işğalından azad edilməsinin 70-ci ildönümü tamam olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm