Tehran Əsədə bu postu təklif edəcək – Yeni Suriya planı
Bizi izləyin

Dünya

Tehran Əsədə bu postu təklif edəcək – Yeni Suriya planı

İran Suriya prezidenti Bəşər Əsədə simvolik dövlət başçılığı təklif edəcək.

Publika.az xəbər verir ki, bu iddia ilə Səudiyyə Ərəbistanına yaxınlığı ilə tanınan və Londonda dərc olunan “Şark'ül Evsat” qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, İranın planı “Hizbullah” güclərinin Suriyadan çəkilməsi və Əsədin simvolik dövlət başçısı olaraq qalmasından ibarətdir. Plana görə, Əsəd simvolik, ancaq səlahiyyətsiz şəkildə dövlət başçısı vəzifəsində qalacaq, eyni zamanda yeni hökumət qurulacaq.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afham da Tehranın Suriya planının İranın xarici işlər naziri Cavad Zərifin Dəməşqə edəcəyi səfərində müzakirə olunacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm