Daha bir ölkə qapılarını İranın üzünə açdı
Bizi izləyin

Dünya

Daha bir ölkə qapılarını İranın üzünə açdı

Nüvə məsələsində əldə olunan razılaşmadan sonra daha bir ölkə İranla münasibətlərini qaydaya salır.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, İsveçrə hökuməti İran ilə qiymətli filiz-mədən ticarəti, neft-kimya məhsulları, xam neft ilə neft nəqli əməliyyatları üzərindəki sanksiyaların qaldırılmasına qərar verib. Sanksiyaların bu gündən etibarən ləğv edilməsi nəzərdə tutulur.

Bununla bağlı İsveçrə hökuməti bəyanat yayıb.

Bəyanatda bildirilir: “Federal Şura ümid edir ki, atılan addım nüvə razılaşmasının həyata keçirilməsinə dəstək kimi qiymətləndiriləcək”.

Sənəddə həmçinin qeyd olunur ki, İsveçrə İranla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.

Qeyd edək ki, İsveçrə 2014-cü ilin yanvarından etibarən İrana qarşı sanksiyaları dayandırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm