Çində güclü partlayış: 44 ölü, 520 yaralı – FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Çində güclü partlayış: 44 ölü, 520 yaralı – FOTOLAR/VİDEO

Çinin şimalındakı liman şəhəri Tiancində böyük bir partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük 10-cu liman şəhərində baş verən partlayışda 44 nəfər ölüb, ən azı 520-si yaralanıb.

Yaralananlardan 60-nın vəziyyətinin ağır olduğu açıqlanıb. Ölənlərdən 12-si xilasedicidir.

Məlumata görə, hadisə ötən axşam yerli vaxtla saat 23:30 radələrində təhlükəli kimyəvi maddələrin saxlanıldığı anbarda baş verib. İlk partlayışdan bir neçə saniyə sonra daha güclü bir partlayış olub. Partlayışda avtomobillər kibrit zibili kimi ətrafa dağılıb, yüzlərlə avtomobil də yanaraq yarasız hala gəlib.

Partlamaların yaratdığı zəlzələnin şəhərdən bir neçə kilometr uzaqlıqda hiss edildiyi deyilir. CNN-ə danışan bir səlahiyyətli ilk partlayışın 3 ton, ikinci partlayışın isə 21 ton TNT partlayışı ilə ekvivalent olduğunu qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm