Terror təşkilatının lideri Moskvada rəsmi görüş keçirdi
Bizi izləyin

Dünya

Terror təşkilatının lideri Moskvada rəsmi görüş keçirdi

Suriyada fəaliyyət göstərən PYD-nin (PKK terror təşkilatının Suriya qolu) həmsədri Saleh Müslim Moskvaya səfər edib.

Publika.az xəbər verir ki, Saleh Müslim Rusiya xarici işlər nazirinin köməkçisi Mixail Boqdanovla Rusiyanın İŞİD terror təşkilatına qarşı mübarizə planını təklif edib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə Suriya və ətraf ölkələrdə baş verən hadisələrlə əlaqədar detallı müzakirələr aparılıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin İŞİD-lə mübarizə planını açıqlayıb. Plan İŞİD-in məhv edilməsi üçün Suriya və İraq orduları ilə kürd gücləri və digər bölgə ölkələrinin təmsil olunduğu yeni bir beynəlxalq koalisiyanın yaradılmasını nəzərdə tutur. Bir sözlə, Putinin planında əsas rol Bağdad və Dəməşq ilə kürd güclərinə verilir.

Avqustun 11-də Moskvada səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra təşkil olunan mətbuat konfransında Suriya rəhbərliyinin yer aldığı bir koalisiyada iştirak etməyəcəklərini açıqlayıb. Krallığın xarici işlər naziri Əsədin lideri olduğu bir Suriyanı düşünmədiklərini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm