Keçmiş prezident sağalmaz xəstəliyə yoluxdu
Bizi izləyin

Dünya

Keçmiş prezident sağalmaz xəstəliyə yoluxdu

ABŞ-ın sabiq prezidenti Cimmi Karterdə xərçəng xəstəliyi tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə keçmiş prezidentin özü bildirib.

90 yaşlı Karter qeyd edib ki, qaraciyər xərçəngi bu yaxınlarda keçirdiyi əməliyyat zamanı aşkarlanıb. O, hazırda “Emory Healthcare” klinikasında müayinə olunur. Keçmiş prezident xəstəliklə bağlı tam məlumatın gələn həftə açıqlanacağını deyib.

ABŞ prezidenti Barak Obama isə Karterin tezliklə sağalmasını arzulayıb. Obamanın sözlərinə görə, Karter və onun ailəsi böyük sınaqlarla qarşılaşıb.

Demokrat Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-ın 39-cu prezidenti olub. Cerald Forda qalib gələn Karter 1980-ci il prezident seçkilərində Ronald Reyqana məğlub olub. Keçmiş prezident Nobel mükafatı laureatıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm