Ermənilər Azərbaycana qaçan ailəyə divan qurdular - VİDEO
Bizi izləyin

Dünya

Ermənilər Azərbaycana qaçan ailəyə divan qurdular - VİDEO

Ailəsi ilə Azərbaycana qaçan və sonradan Ermənistana qaytarılan Yeqiş Qevorkyan və həyat yoldaşının məhkəmə prosesi başlayıb.

Publika.az “News.am” saytına istinadən xəbər verir ki, 52 yaşlı Yeqiş "günahını" qismən etiraf edib və qanunla müəyyən edilmiş cəzanı çəkməyə hazır olduğunu bildirib.

Vəkilə ehtiyacı olmadığını deyən Yeqiş Qevorkyan məhkəmə iclaslarında susacağını deyib. Ancaq onun arvadı Ruzanna Sardanyan ittihamları qəbul etməyib. “Mənə də vəkil lazım deyil, çünki özümü günahkar saymıram və müdafiəyə ehtiyac duymuram”, - qadın bildirib.

Xatırladaq ki, Yeqiş, onun həyat yoldaşı Ruzanna və üç övladı 2010-cu ilin yanvar ayının 10-da Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçərək Naxçıvan Muxtar Respublikası ərazisinə daxil olub. Yeqiş Qevorkyan 8 dəfə həbsdə olub və sərhədi qanunsuz keçdiyi vaxt ağır cinayət törətməkdə şübhəli bilinib. Qevorkyan ailəsi 12 dekabr 2014-cü ildə Ermənistana qaytarılıb.

Yegiş və həyat yoldaşına Ermənistanın dövlət sərhədini qanunsuz keçməsi ilə əlaqədar cinayət işi qaldırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm