PKK İrana qarşı müharibəyə başladı: 25 ölü
Bizi izləyin

Dünya

PKK İrana qarşı müharibəyə başladı: 25 ölü

İranın Kürdüstan vilayətində təhlükəsizlik gücləri ilə PJAK arasında silahlı qarşıdurma olub.

Publika.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Kürdüstan vilayətindəki “Beytü'l Mukaddes” Birliyinin kəşfiyyat səlahiyyətlisi polkovnik İbrahim Hüseyni bildirib.

Polkovnikin sözlərinə görə, qarşıdurmada təhlükəsizlik güclərinin 5 əməkdaşı ölüb.

Qeyd edək ki, PJAK avqustun 7-də də vilayətdə hərbi məntəqəyə hücum etmiş və 20 İran əsgərinin öldürüldüyünü açıqlamışdı. Kürdüstan vilayətinin təhlükəsizlik səlahiyyətliləri hücumun olduğunu təsdiqləsələr də, itkinin olmadığını bildirib.

PKK-nın İran qanadı kimi tanınan PJAK ötən il adını KODAR-la əvəzləyib. İranlı səlahiyyətlilər isə təşkilatı hələ də PJAK adlandırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm