Qəzaya uğramış təyyarə haqda şok iddia - Yadplanetlilər...
Bizi izləyin

Dünya

Qəzaya uğramış təyyarə haqda şok iddia - Yadplanetlilər...

Malayziya təyyarəsindən eşidilən son söz: "Gecəniz xeyrə qalsın"

Ekipaj da daxil olmaqla 239 adamla Kuala Lumpurdan Pekinə getməkdə olan təyyarə şənbə günü erkən saatlarda SOS çağırışı etmədən radarlardan itib. Publika.Az xarici mediaya istinadən xəbər verir ki, itmiş təyyarə Vyetnam hava məkanına girərəkən alınmış son mesaj "Gecəniz xeyrə qalsın" sözləri olub.

Geniş diametrli axtarışlara baxmayaraq təyyarənin qalıqları hələ tapılmayıb.

Bu vaxt təyyarənin pilotlarından Faruk Abdul Hamidin daha əvvəl qadın yolçuları kabinəyə dəvət edərək əyləndiyi bəlli olub.

Təyyarənin köməkçi pilotunun uçuş göyərtəsində iki Cənubi Afrikalı qadınla birlikdə siqaret çəkərkən poza verdiyi fotoşəkilləri də dərc olunub.

Köməkçi pilotun təyyarə qalxıb enərkən qadınların kabinədə qalmalarına icazə verdiyi aydın olub.

Ancaq Malayziya Hava Yollarından yüksək səviyyəli bir rəsmisi şirkətin təyyarənin itməsinə heyətin səbəb olduğuna inanması üçün ortada hər hansı bir dəlil tapılmadığını söyləyib.

İnterpol iki nəfər iranlının oğurluq pasportla təyyarəyə mindiyini açıqlayıb.

Aqibəti bəlli olmayan təyyarə haqqında müxtəlif versiyalar ortaya atılır. Çin mediası ı bu iddiaları irəli sürüb:

- Hərbi təyyarələr tərəfindən vurulub.

- Uyğurlar təyarəni qaçırıb və partladıb.

- Dünyanı araşdıran yadplanetlilər oğurlayıb.

- Meteroid dəyib və kiçik parçalara ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm