Peşəkar boksçu arvadına görə vəkilin cinsi orqanını kəsdi
Bizi izləyin

Dünya

Peşəkar boksçu arvadına görə vəkilin cinsi orqanını kəsdi

Yaponiyalı boksçu İkki Kodukay vəkilin cinsi orqanını kəsib.

Publika.az xəbər verir ki, bu barədə “The Daily Mail” nəşri bildirib.

Yapon polisinin məlumatına görə, 24 yaşlı peşəkar boksçu arvadının 42 yaşlı vəkillə romantik əlaqələrə malik olduğunu öyrənib. Kodukay dərhal vəkilin ofisinə yola düşüb. Vəkilin kabinetinə daxil olan boksçu heç bir söhbət etmədən ona zərbələr endirməyə başlayıb. Daha sonra isə vəkilin şalvarını çıxararaq qayçı ilə onun cinsi orqanını kəsib.

Polis tezliklə onu saxlayıb. Zərərçəkən hazırda xəstəxanadadır. Həyatına təhlükə olmasa da, çoxlu qan itirdiyi bildirilir.

Boksçunu isə hansı cəzanı gözlədiyi açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm