• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rusiya daha 5 ölkəyə ərzaq embarqosu qoydu

  • Dünya
  • 14 Avqust 2015 05:47
  • 590 Baxış
Rusiya daha 5 ölkəyə ərzaq embarqosu qoydu

Rusiya ərzaq embarqosunu tətbiq etdiyi ölkələrin siyahısını genişləndirib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə baş nazir Dmitri Medvedev qərar imzalayıb. Sanksiyalar Albaniya, Monteneqro, İslandiya və Lixtenşteynə aid edilib. Ukrayna siyahıda "xüsusi şərtlər" olan ölkələr sırasındadır. Ukraynaya qarşı idxal məhdudiyyətləri Avropa İttifaqı ilə Kiyev arasında Assosiasiya Sazişinin işə düşməsi təqdirində qüvvəyə minəcək.

"Sanksiyalara əlavə ölkələrin qoşulması o deməkdir ki, onlar Rusiyanın cavab addımlarına hazırdır", - baş nazir Dmitri Medvedev deyib.

İyul ayının sonunda Albaniya, Monteneqro, İslandiya, Lixtenşteyn və Ukrayna Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulublar.

Bundan əvvəl isə Aİ Krımın ilhaqı və Rusiyanın Ukraynadakı roluna görə elan etdiyi iqtisadi sanksiyalar müddətinin 6 aya uzadılması barədə qərar qəbul edib.

2014-cü ildə Moskva Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrdən ərzaq idxalının məhdudlaşdırılacağını elan edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR