Fidel Kastro ABŞ-dan kompensasiya tələb etdi
Bizi izləyin

Dünya

Fidel Kastro ABŞ-dan kompensasiya tələb etdi

ABŞ Kuba ilə bağlı yürütdüyü siyasətin gətirdiyi çoxmilyonlu zərərin əvəzini verməlidir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kuba inqilabının tarixi lideri Fidel Kastro 89-cu ad günü ilə bağlı yazdığı məqaləsində bildirib.

Kastro məqaləsində ABŞ ilə diplomatik münasibətlərin bərpa olunmasını yada salmayıb.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama iyulun 1-də ABŞ və Kuba arasında diplomatik münasibətlərin bərpa olunduğunu elan edib.

“ABŞ 52 il bundan əvvəl “soyuq müharibə”nin qızğın vaxtında Havanadakı səfirliyini bağladı. Bu gün mən elan edə bilərəm ki, ABŞ Kuba Respublikası ilə diplomatik münasibətləri formal bərpa etməyə və ölkələrimizdə səfirliklərin açılması ilə razılaşıb”, - Obama bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm