Böhrandan çıxmaq üçün məhbusları azad etdilər
Bizi izləyin

Dünya

Böhrandan çıxmaq üçün məhbusları azad etdilər

Cənubi Koreya iqtisadi durğunluqdan xilas olmaq üçün həbsdəki iş adamlarını əfv edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Park Geun-hye iqtisadi cinayətlərə görə həbs cəzası çəkən 6500 məhbusu bağışladığını açıqlayıb.

Dövlət başçısı milli birliyi möhkəmləndirmək və iqtisadiyyatı canlandırmaq üçün xüsusi əfv səlahiyyətindən istifadə etdiyini deyib. Əfv qərarı Koreyanın Yaponiya işğalından azad edilməsinin 70-ci ildönümü ərəfəsində verilib.

Əfv olunanlar arasında ölkənin üçüncü ən böyük şirkəti “SK Group”un başçısı Çey Tae Von da var. Ancaq bildirilir ki, milyonlarla dollarlıq sui-istifadədə ittiham olunaraq həbs edilən Çeyin əfvi Parkı tənqidlərlə üz-üzə qoyacaq. “SK Group” şirkətinin adı əvvəllər də sui-istifadə qalmaqalları ilə gündəmə gəlmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm