ABŞ İraqı parçalamaq qərarına gəldi: “Bu yeganə yoldur”
Bizi izləyin

Dünya

ABŞ İraqı parçalamaq qərarına gəldi: “Bu yeganə yoldur”

ABŞ ərazisinin xeyli hissəi İŞİD terror qruplaşmasının nəzarətində olan İraqı bölməyə qərar verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Quru Qüvvələrinin komandanı Ray Odierno İraqda yeganə həllin ölkənin bölünməsindən keçdiyini deyib.

“İraqda şiələr və sünnilər arasında razılaşma əldə etmək çox çətindir. İndiki halda ölkədə yeganə həll bölünmədən keçə bilər. Bunu əminliklə söyləmək üçün hazır deyiləm. Amma İraq gələcəkdə heç vaxt əvvəlki vəziyyətinə bənzəməyəcək”, - amerikalı general söyləyib.

O, həmçinin bu barədə qərarın siyasətçilər və diplomatlar tərəfindən veriləcəyini və bunun bir ehtimal olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm