Krım Rusiya birləşərsə, NATO sərhədlərimizə gələcək
Bizi izləyin

Dünya

Krım Rusiya birləşərsə, NATO sərhədlərimizə gələcək

Krım Rusiya birləşərsə, NATO sərhədlərimizə gələcək

Gürcüstan sentyabr ayında NATO-ya üzvlük haqqında Fəaliyyət planı ala bilər. Publika.Az –ın Rusiyanın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun qərargahı və ABŞ Dövlət Departamentindəki mənbələr bildirib.

Mənbələr qeyd edir ki, bu məsələ barədə qəti qərar Ukrayna böhranın nəticəsindən birbaşa asılı olacaq.“Əgər Krım 16 Mart referendumun nəticəsinə uyğun olaraq Rusiyanın tərkibinə daxil olarsa, o halda sentyabr ayında NATO-nun Böyük Britaniyada keçiriləcək sammitində Gürcüstan alyansa üzvlük üzrə Fəaliyyət planı ala bilər. Söhbət siyasi, iqtisadi, hərbi və hüquqi sahələri əhatə edən bir neçə şərtdən gedir. Hazırda Makedoniya, Çernoqoriya və Bosniya Fəaliyyət planının iştirakçısıdır”, - mənbə qeyd edib.

Keçən il NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib ki, Gürcüstan 2015-ci ildən Alyansın çevik əməliyyat qüvvələrinə qoşula bilər. Yanvarda Gürcüstan baş naziri İrakli Qaribaşvili qeyd edib ki, Gürcüstan NATO-ya üzv olmaq üçün Fəaliyyət planını2014-cü ildə alyansın sammitində alacağına ümid edir.

NATO-ya üzvlük perspektivi Gürcüstan üçün ittifaqın 2008-ci ilin aprel ayında keçirilən Buxarest sammitində açılıb. Almaniyanın və Fransanın etirazlarından sonra Tiflis NATO-ya üzvlük üzrə Fəaliyyət planı ala bilmədi. Bundan sonra isə 2008-ci ilin avqust ayındakı Gürcüstan-Rusiya müharibəsi və ardınca Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu məsələni gündəlikdən çıxardı. İttifaqın Çikaqoda keçən il keçirilən sammitində yenidən bəyan olundu ki, NATO-nun qapıları Tiflis üçün açıqdır.

“Rusiyanın Ukraynada atdığı addımları NATO-nun Şərqi Avropada daha qətiyyətli siyasət aparmasına ehtiyacla bağlı müzakirənin yenilənməsinə səbəb oldu”, - NATO-un qərargahındakı mənbə bildirib. O, qeyd edib ki, namizəd statusunun alınması ilə bağlı Tiflisin müraciəti təmin olunmalıdır. Gürcüstanın baş naziri İrakli Qaribaşlinin bu yaxınlarda Vaşinqtona səfərində Ağ Evin rəsmiləri də Tiflisin NATO-ya üzvlük istəyini dəstəkləyəcəklərinə söz veriblər.

İ.Qaribaşvilinin özü isə Vaşinqtondakı Atlantik Şurasında etdiyi çıxışında hakimiyyət dəyişikliyinin Gürcüstanın avroatlantik kursuna təsir etmədiyini bildirib.

Rusiya isə NATO-nun onun sərhədlərinə yaxınlaşma perspektivini qəbuledilməz hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov da yaxın vaxtlarda ittifaqın genişlənməsini “soyuq müharibə dövrünün davamı” adlandırdı. Bununla belə, ABŞ Dövlət Adminstrasiyasındakı mənbənin sözlərinə görə, Krımın Rusiyaya birləşməsi baş tutarsa, NATO-ya üzvlük üzrə Fəaliyyət planının Gürcüstana verilməsi məsələsi faktiki olaraq həll edilmiş olacaq. “Buna maneə olmağı yalnız Almaniya bacarar. Lakin Berlinin fikri də dəyişə bilər. Krımın Rusiyaya birləşməsini Berlində də münasib hesab etmirlər”,- mənbə qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm