• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dəhşətli cinayət: küçənin ortasında qadını doğradı - FOTOLAR

  • Dünya
  • 14 Avqust 2015 11:37
  • 3 153 Baxış
Dəhşətli cinayət: küçənin ortasında qadını doğradı - FOTOLAR

Çində şəhər sakinləri günün günorta çağı dəhşətli bir hadisənin şahidi olublar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pekində yerləşən məşhur ticarət mərkəzlərinin birinin yaxınlığında kişi qadını sözün əsil mənasında qılıncdan keçirib.

Belə ki, Qao adlı kişi onlarla sakinin gözü qarşısında əlindəki qılıncı qadının sinəsinə sancıb. Al qana bulaşmış qadına isə fransız əsilli turist yardım etməyə çalışıb.

Tezliklə əraziyə polis işçiləri gəlib. Qadının qatili isə əlindəki qılıncı yerə qoyaraq hüquq mühafizə orqanı işçilərinə təslim olub. Yaralı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qaonun qadını qətlə yetirməsinin səbəbləri isə hələlik məlum deyil.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR