ABŞ prezidentinin 90 illik sirri ortaya çıxdı
Bizi izləyin

Dünya

ABŞ prezidentinin 90 illik sirri ortaya çıxdı

ABŞ-ın 29-cu prezidenti Uorren Hardinqin nikahdankənar uşağının olduğu ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezidentin ailə üzvlərindən olan Peter Hardinqin “Ancestry” şirkətinə etdirdiyi DNT testi Uorren Hardinqin nikahdankənar birlikdə olduğu Nan Brittondan Elizabet Ann adlı bir uşaq sahibi olduğunu sübut edib.

DNT test təxminən 90 ildir davam edən fərziyyələrə də son nöqtəni qoymuş oldu. Hardinqin nikahdankənar uşaq sahibi olduğu iddiaları ilk dəfə 1927-ci ildə Brittonun “Prezidentin qızı” adlı avtobioqrafiyasını dərc etməsi ilə gündəmə gəlmişdi. Britton Hardinqlə altı il birlikdə olduğunu bildirib.

O vaxt Brittonun yazdıqları Hardinqin ailəsi və ictimaiyyət tərəfindən rədd edilmiş, Britton yalan danışmaqda ittiham edilmişdi.

Bəzi tarixçilər Hardin-Britton münasibətlərini Bill Klinton-Monica Levinski əlaqəsinə bənzədir.

Hardinq 1921-ci ildən 1923-cü ildə ölümünə qədər ABŞ prezidenti vəzifəsini tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm