ABŞ-ın Moskva PLANI: “Rusiyanı məhv etmək üçün son nəfərə kimi vuruşacaqlar“
Bizi izləyin

Dünya

ABŞ-ın Moskva PLANI: “Rusiyanı məhv etmək üçün son nəfərə kimi vuruşacaqlar“

“ABŞ Rusiyanı məhv etmək və ya zəiflətmək üçün hər şeyə getməyə və son nəfər sağ qalana kimi vuruşmağa hazırdır”.

Publika.az xəbər verir ki, bu barədə Amerika tarixçisi Erik Zyuss ölkə mətbuatında dərc etdiyi məqaləsində yazıb.

Onun sözlərinə görə, ABŞ hədəflərinə çatmaq üçün hətta müttəfiqlərinin maraqlarını nəzərə almır. O, nümunə olaraq Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan Avropa iqtisadiyyatının zərər çəkməsini göstərib: “Amma bu, Amerika strateqləri üçün tamamilə münasibdir”.

“Amerikalılar əvvəl Liviyanı bombardman etdilər. ABŞ-ın müdaxiləsi nəticəsində Liviya Avropa üçün hazırda ən ciddi problemə çevrilib. Daha sonra Ukraynada hakimiyyət dəyişikliyi edildi. İndi növbədə Suriyadır. Birləşmiş Ştatların fikrincə, Suriya Rusiya üzərində qələbə üçün məhv edilməlidir. Əsəd Rusiyanın müttəfiqidir. “İslam dövləti” ilə mübarizə yalnız şou, piar və təbliğatdır. Dünya ictimaiyyəti əlbəttə ki, terrorizm üzərində qələbə qazanılmasında maraqlıdır, amma ABŞ elitasının nümayəndələri başqa cür düşünürlər. Onların hədəfi Amerika imperiyasını genişləndirməkdir. Liviya lideri Müəmmər Qəddafi və Ukrayna prezidenti Viktor Yanukoviçin devirilməsi, eləcə də Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması cəhdləri Rusiyanı zəiflətmək və bu ölkədə rejimin dəyişməsinə zəmin hazırlamaq üçündür”, - Zyuss vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm