• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əsəd Qəddafinin, Putin Medvedevin yolu ilə: Moskva geri çəkilir

  • Dünya
  • 14 Avqust 2015 18:17
  • 1 157 Baxış
Əsəd Qəddafinin, Putin Medvedevin yolu ilə: Moskva geri çəkilir

Dünən Suriya İnqilab və Müxalif Güclər Milli Koalisiyasının nümayəndə heyəti Moskavaya səfər edib.

Publika.az “Nezavisimaya Gazeta” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın hazırkı hədəfi Cenevrə-3 konfransının keçirilməsi üçün zəmin hazırlamaqdır.

Qeyd edilir ki, Moskvanın hədəflərindən biri Suriya müxalifətini ümumi düşmən – İŞİD terror qruplaşmasına qarşı Dəməşqlə birləşməyə inandırmaqdır. Ancaq bəzi siyasi müşahidəçilər hesab edirlər ki, Suriya İnqilab və Müxalif Güclər Milli Koalisiyasının nümayəndə heyətinin gəlişi ilə Moskva Suriya prezidenti Bəşər Əsədə əvvəllər verdiyi dəstəyi geri çəkə bilər.

Suriya İnqilab və Müxalif Güclər Milli Koalisiyasının rəhbəri Xalid Əl-Xoca Rusiyanın xarici işlər naziri Sergey Lavrovla və Lavrovun müavini, Rusiya prezidentinin Yaxın Şərq və Şimali Afrika üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla danışıqlar aparıb.

Xalid Əl-Xocanın müavini Xişama Mruenin sözlərinə görə, koalisiyanın mövqeyi ondan ibarətdir ki, İŞİD-ə qarşı birgə vuruşmaq olar, amma bunun üçün suriyalılar müvəqqəti hökumətin ətrafında birləşməli, bu hökumətdə isə Bəşər Əsəd olmamalıdır. Moskva ilə əksinə, dəfələrlə vurğulayıb ki, prezidentin taleyini yalnız suriyalıların özləri həll edə bilərlər. Suriya İnqilab və Müxalif Güclər Milli Koalisiyasının Siyasi Şurasının rəhbəri Badra Camusun fikrincə, məhz bu səbəbdən də müxalifət və Dəməşqin terrorçuluğa qarşı birgə cəbhənin yaradılması barədə Moskvanın planı tamamilə qeyri-realdır.

Bir çox müşahidəçi Əsəd rejiminə Moskvanın dəstəyinin azaldığı nəticəsinə gəlirlər. Bildirirlər ki, Suriya müxalifətinin nümayəndə heyətinin Moskaya gəlişi buna nişandır.

Rusiyanın əməkdar elm xadimi Georgi Mirski isə bu fikirlərlə razı deyil: “Birincisi, Dmitri Medvedev prezident olaraq BMT Təhlükəsizlik Şurasının Liviya qətnaməsinə veto qoymadı. Nəticədə Müəmmər Qəddafi həlak oldu. Bundan sonra danışmağa başladılar ki, Medvedev Qəddafini verdi. Rusiya prezidenti Vladimir Putin heç bir halda istəməzdi ki, “Putin Əsədi verdi” desinlər. İkincisi, Əsəddən imtina etmək o anlama gələcək ki, Rusiya İranı təhlükə altına qoyur. Tehran bunu son dərəcə mənfi qəbul edəcək. Əksinə, Moskva maraqlıdır ki, həmişə ona bel bağlaya biləcəyi etibarlı partnyor və müttəfiq olduğunu Tehrana göstərsin”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR