Yunanıstan parlamenti yardım paketini dəstəkləyir
Bizi izləyin

Dünya

Yunanıstan parlamenti yardım paketini dəstəkləyir

Yunanıstan parlamentinin üzvləri üçüncü yardım planı layihəsini dəstəkləyiblər.

Publika.az BBC-yə istinadən xəbər verir ki, təklif olunan planda vergilərin artırılması və xərclərin azaldılması nəzərdə tutulur. Əvəzində ölkəyə təxminən 85 milyard avro yardım ediləcək.

Parlamentdə yardım planının leyhinə 222 deputat səs verib. Əleyhinə 64, bitərəf isə 11 millət vəkili olub. Hakim Syriza partiyasından 32 “yox” və 11 bitərəf olub.

Müzakirələr zamanı parlamentdə acıqlı fikir mübadiləsinin olduğu bildirilir.

Parlament üzvləri layihənin avrozonada təsdiqi üçün şərtlərlə razılaşmalı idi.

Yunanıstanın Avropa Mərkəzi Bankına olan təxminən 3.2 milyard avro borcunu ödəmək üçün son tarix 20 avqustdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm