20 min insan evakuasiya edilib - FOTOLAR
Bizi izləyin

Dünya

20 min insan evakuasiya edilib - FOTOLAR

Argentinada baş verən güclü daşqınlar ucbatından 20 mindən çox insan Buenos-Ayres əyalətindən evakuasiya edilib. Daşqın artıq 3 insanın həyatına da son qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Argentinanın paytaxtından 60 kilometr aralıda yerləşən Luhan şəhərində çayın səviyyəsi normadan 5 dəfə artıqdır. Nəticədə, Luhan şəhəri tamamilə su altında qalıb.

Daşqına səbəb davamlı yağan yağışlar olub. Sinoptiklərin sözlərinə görə, yağıntılar həftənin sonuna kimi davam edəcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm