Daha bir Bin Laden “cihada” çağırdı – TERROR QAYIDIR
Bizi izləyin

Dünya

Daha bir Bin Laden “cihada” çağırdı – TERROR QAYIDIR

“Əl-Qaidə” terror qruplaşması “Twitter”-də terrorçu Üsamə Bin Ladenin oğlu Həmzənin audio yazısını yayımlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, audio yazıda dəqiq kimin səsi olduğu bəlli deyil. Lakin yazıdakı kişi səsi Amerikaya və onun müttəfiqlərinə qarşı aparılan müqəddəs müharibənin hədəfi kimi London, Vaşinqton, Paris və Tel-Əvivə hücum etməyə çağırır.

Həmzə Bin Ladenin 23 və ya 24 yaşı olduğu ehtimal edilir. O, əvvəllər cihad adı ilə mübarizə aparmayıb.

Qeyd edək ki, terrorçu Üsamə Ben Laden 2011-ci ildə Amerika xüsusi xidmət orqanlarının apardığı əməliyyat zamanı öldürülüb. Bu əməliyyatlar zamanı oğlu Həmzənin də öldürüldüyü güman edilirdi. Lakin sonradan əməliyyat zamanı Ben Ladenin Xalid adlı oğlunun öldürüldüyü və Həmzənin isə gizləndiyi haqda məlumat yayılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm